Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilibbackend

Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilib.

Bu barədə Qlobal Biznes Alyansının (Global Business Alliance) sədri, “Belt and Road Consultants Pvt Ltd” şirkətinin baş direktoru Məhəmməd Asif Nur Bakıya səfərinin yekunlarını şərh edərkən bildirib.

O deyib ki, biznes nümayəndə heyətlərinin rəhbərləri Pakistan-Azərbaycan Ticarət Evinin tikintisi ilə bağlı razılığın əldə olunmasına mühüm töhfə verdi: “Şərtlər müəyyən edilib, ideya yaxın günlərdə hər iki tərəfdən hökumətlərin, diplomatik nümayəndəliklərin, ticarət və iqtisadi qurumların dəstəyi ilə həyata keçirilməlidir”.

Baş direktor Ticarət Evinin əvvəlcə onlayn rejimdə fəaliyyət göstərəcəyini, daha sonra isə həm Bakıda, həm də İslamabadda ofislərin açılacağını vurğulayıb.

Onun sözlərinə görə, Pakistanın biznes nümayəndə heyətinin son səfəri zamanı Qlobal Biznes Alyansı Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan-Azərbaycan Ticarət və Sənaye Palatası ilə iki mühüm Anlaşma Memorandumu imzalayıb.

“Digər addım ondan ibarətdir ki, Qlobal Biznes Alyansı həmçinin nəqliyyatla bağlı problemlərin həlli üzərində işləyir. Alyans danışıqlar zamanı bununla bağlı müzakirələr aparıb. Biz pakistanlı həmkarları ilə görüşmək üçün azərbaycanlı iş adamlarını Pakistana dəvət etməyi planlaşdırırıq”, – M.A.Nur bildirib.