Pakistan Hindistanla mübahisədə yeni milli təhlükəsizlik müşaviri təyin edib.
İnterpress.az xəbər verir ki, Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin (İŞİ) rəisi general-leytenant Malik ölkənin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.
Bu təyinat Kəşmirdə 26 turistin ölümü ilə nəticələnən terror aktından sonra Hindistanla gərginliyin artdığı bir vaxta təsadüf edir.
Malik əvvəllər Pakistan ordusunda əsas vəzifələr tutmuş, Bəlucistan və Cənubi Vəziristanda əməliyyatlarda iştirak etmişdi.
Xuraman Etibarlı
İnterpress.az