Pakistanın baş naziri Şahbaz Şərif Türkiyə ilə ticarət, investisiya, ali təhsil, turizm və infrastruktur kimi sahələrdə əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin İslamabad səfiri Mehmet Paçacı Baş nazir Şərif tərəfindən qəbul edilib.
Görüş zamanı Şərif Türkiyə ilə ticarət, investisiya, ali təhsil, turizm və infrastruktur kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.
Şərif Türkiyə ilə Pakistanın ortaq inanc və qarşılıqlı hörmətə əsaslanan uzunmüddətli tarixi əlaqələrinin olduğunu, iki ölkə xalqının bir-birinə böyük hörmət bəslədiyini vurğulayıb.
Türkiyəyə səfəri zamanı investisiya şirkətləri ilə keçirdiyi görüşə də toxunan Şərif deyib: “Hazırda Pakistanda xarici sərmayələr üçün ən yaxşı zamandır və Türk şirkətlərinin bu mövzuya dərin marağı alqışlayırıq”.
Pakistanın baş naziri qonaqpərvərliyə görə prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə təşəkkür edib.
Şərif prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün 3-4 iyun tarixlərində Türkiyəyə səfər etmişdi.