Pakistan və Çindən 4,8 milyard dollarlıq nüvə enerji bloku müqaviləsibackend

Pakistan və Çindən 4,8 milyard dollarlıq nüvə enerji bloku müqaviləsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan və Çin Çaşma Atom Elektrik Stansiyasında dəyəri 4,8 milyard dollar olan 1200 meqavatlıq yeni enerji blokunun tikintisinə dair saziş imzalayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Paytaxt İslamabaddakı Çaşma Atom Elektrik Stansiyasında 5-ci nüvə reaktorunun tikintisi ilə bağlı imzalanma mərasimi keçirilib.

Çin Milli Nüvə Korporasiyasının (CNNC) sədri Vanq Yonqe və Pakistan Atom Enerjisi Komissiyasının (PAEC) sədri Məhəmməd Səid Çaşma Atom Elektrik Stansiyasında dəyəri 4,8 milyard dollar olan 1200 meqavatlıq yeni enerji blokunun tikintisinə dair sazişi imzalayıblar.

Mərasimdə iştirak edən Baş nazir Şahbaz Şərif bu sazişi iki ölkənin iqtisadi əməkdaşlığında irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirib.

K-3 AES-in 3-cü blokunun 2023-cü ilin fevralında Çinin dəstəyi ilə istifadəyə verildiyini xatırladan Şərif bu gün “Çaşma-5” üçün müqavilənin imzalandığını vurğulayıb.

Pekinə maliyyə dəstəyinə görə təşəkkür edən Şərif Çin prezidenti Si Cinpinə dərin minnətdarlığını bildirib.