Pakistanda etiraz aksiyalarında ölənlərin sayı 9-a çatıbbackend

Pakistanda etiraz aksiyalarında ölənlərin sayı 9-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda mayın 9-da keçmiş baş nazir İmran Xanın həbsindən sonra başlayan etirazlarda həyatını itirən nümayişçilərin sayı 9-a yüksəlib, 290-dan çox insan yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ölkədə etirazlar davam edir.

Nümayişlər zamanı Hayber-Paxtunxva əyalətində 7, Bəlucistan və Pəncabda isə hər birində bir nəfər nümayişlər zamanı həlak olub.

Ölkədə mayın 9-dan bəri davam edən etirazlarda həyatını itirən nümayişçilərin sayı 9-a yüksəlib, 290-dan çox insan yaralanıb.

PTI-nin yüksək səviyyəli siyasətçiləri də daxil olmaqla, 1900-dən çox partiya tərəfdarı saxlanılıb.

Tarnolda etirazçılar qatar relslərini zədələyiblər.

Paytaxt İslamabad və Lahorda polis mülklərinə və Aşağı Dirdə hərbiləşdirilmiş birləşmələrə məxsus sərhəd qalasına ziyan dəyib.

Lahorda keçirilən nümayişlərdə etirazlar zamanı böyük generator partlayıb. Hadisə zamanı ölən olmayıb.

Lahordakı Şadman Polis İdarəsində etirazçılar polisə məxsus əşyalara və maşınlara ziyan vurublar.

Ölkə daxilində davam edən nümayişlərdə 200-dən çox polis əməkdaşı yaralanıb, polisə məxsus bir çox avtomobil yararsız hala salınıb.

Federal hökumətin ordunu təhlükəsizliyi təmin etməyə çağırmasından sonra silahlı qüvvələrin şəxsi heyəti paytaxt İslamabadın müxtəlif nöqtələrində işə başlayıb.