Pakistanda musson yağışları nəticəsində 91 nəfər ölübbackend

Pakistanda musson yağışları nəticəsində 91 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda 25 iyun-12 iyul tarixlərində təsirli olan musson yağışları nəticəsində həyatını itirənlərin sayı 91-ə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pakistan Milli Fəlakət İdarəsi Agentliyi, ölkə daxilində 25 iyun-12 iyul tarixlərində yağan musson yağışları nəticəsində həyatını itirənlərin sayının 91-ə, yaralı sayının isə 151-ə yüksəldiyini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, sözügedən tarixlərdə yağan güclü yağışlar nəticəsində 99 evə ziyan dəyib.

11 min insan təxliyə edilib

Dawn qəzetində yer alan xəbərə görə, Pəncab əyalətinin Kasur bölgəsində Sutlec çayının daşması nəticəsində 15 kənd daşqından zərər çəkib.

Səlahiyyətlilər selin baş verdiyi kəndlərdən 11 min insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini açıqlayıb.

İndiyədək can itkisinin yaşanmadığı sel fəlakəti səbəbindən 4 kənddə elektrik enerjisi kəsilib.

Digər tərəfdən, Pəncabın Chang rayonunda 40 kənd Çenab çayının daşması nəticəsində zərər çəkib.

Ərazidə daşqın təhlükəsi barədə əhaliyə xəbərdarlıq edilib.

Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

Ötən il Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub. Daşqın fəlakətinin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.