Pakistanda qasırğa ilə bağlı xəbərdarlıq edilibbackend

Pakistanda qasırğa ilə bağlı xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda bir müddət əvvəl başlayan şiddətli yağış və fırtınadan sonra ölkədə Biparjoy qasırğası həyəcanı verilib və bu günə qədər 2 min insanın təxliyə edildiyi bölgədə daha 60 min insanın təxliyə ediləcəyi açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pakistanın Sind əyalətinin Kəraçi şəhərində Biparjoy qasırğası barədə xəbərdarlıq edilib. Pakistan Meteorologiya İdarəsinin (PMD) verdiyi açıqlamada, ölkədəki şiddətli fırtınadan sonra son dərəcə şiddətli siklon olaraq təyin olunan Biparjoy qasırğasının sahil şəhərinin 600 kilometrliyində olduğu bildirilib.

Kəraçinin sahil yolu nəqliyyata bağlanarkən, Sind administrasiyası sürətlə yaxınlaşan qasırğa səbəbiylə Badin şəhərinin sahil bölgələrində hər hansı can itkisinin qarşısını almaq üçün bölgədəki 60 min insanın təxliyə ediləcəyini açıqlayıb.

İndiyədək təxliyə edilənlərin sayının 2 min nəfər olduğu açıqlanıb.

Pakistanın Milli Fəlakət İdarəsi (NDMA) qasırğanın şəhərin sahilyanı ərazilərində güclü külək, leysan yağış və daşqınlara səbəb ola biləcəyini izah edərək, balıqçılara açıq dənizdə qayıqla getməmək barədə xəbərdarlıq edib. Fövqəladə hallarda səlahiyyətlilərlə əməkdaşlıq etmək barədə xəbərdarlıq edilib.