Pantomim gülüş ustasının “Tik-Tok”dakı inanılmaz uğuru – VİDEObackend

Pantomim gülüş ustasının “Tik-Tok”dakı inanılmaz uğuru – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Kivasso bölgəsində yaşayan Khabane Lame “Tik-Tok”da inanılmaz uğura imza atıb.

Ötən ilin mart ayında şəbəkəyə qoşulan 21 yaşlı gənc 17 ay ərzində abunəçilərinin sayını 108.9 milyona çatdırıb.

Bununla da o, Avropada ilk, dünyada isə ikinci ən çox izləyicisi olan tiktoker olub.

Seneqalda anadan olan və bir yaşında ikən ailəsi ilə İtaliyaya köçən Lame yalnız jestlər və mimikalardan istifadə etməklə hazırlanan səssiz məzəli videolar paylaşır.

Pantomim gülüş ustasının paylaşımları indiyədək 1.6 milyard bəyənmə toplayıb. Yaxın zamanlarda Lamenin hazırda bu sahədə şəbəkə lideri olan, 123.6 milyon abunəçi və 9.8 milyard bəyənmə sayına malik Çarli d’Amelionu keçəcəyi proqnozlaşdırılır.