Fransanın paytaxtı Parisin olduğu İle-de-Frans bölgəsində fəsadlar törədən leysan yağış selə çevrilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Fırtına və yağışın təsiri ilə Parisdə küçə və yolların su altında qaldığı görülüb.
Bundan başqa, daşqın səbəbindən metro nəqliyyatında ləngimələr yaranıb.
Parisin 11-ci, 19-cu və 20-ci məhəllələrindəki kafe və mağazalar seldən ciddi ziyan görsə də, bəzi iş yerləri su altında qalıb.
Bundan başqa, bəzi avtomobillər yollarda qalıb.