Parlament seçkilərində ən çox məntəqə sayı olan seçki dairəsi məlum olubbackend

Parlament seçkilərində ən çox məntəqə sayı olan seçki dairəsi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbədənkənar parlament seçkilərində ən çox məntəqə sayı 80 saylı Lerik-Astara Seçki Dairəsində fəaliyyət göstərir.

İnterpress.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində yerləşdirilən paneldə qeyd edilib.

Məlumata görə, həmin dairədə 127 seçki məntəqəsi fəaliyyət göstərir. 80 saylı seçki dairəsindəki seçicilərin ümumi sayı isə 46 822 nəfərdir.

MSK-nın məlumatına görə, ən az məntəqə sayı 122 saylı Xankəndi Seçki Dairəsindədir. Burada 16 seçki məntəqəsi formalaşdırılıb. Xankəndidəki seçicilərin ümumi sayı isə 6 693 nəfərdir.

Qeyd edək ki, sentyabrın 1-i saat 17:00-a olan nəticələrə əsasən, 122 saylı Xankəndi seçki dairəsi seçici fəallığına görə liderdir. Bu saata qədər dairədəki seçicilərin 49.48 faizi səs verib.