Parlamentin təhlükəsizlik xidməti müxalifətçi deputatları zorla zaldan çıxarıblarbackend

Parlamentin təhlükəsizlik xidməti müxalifətçi deputatları zorla zaldan çıxarıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmalı olduğu Gürcüstan parlamentində səs-küy və mübahisələr baş verib.

İnterpress.az xəbər verir ki, Parlamentin təhlükəsizlik xidməti müxalifətdən olan deputatlar: Davit Kirkitadze, Davit Xacişvili, Nikoloz Maçutadze, Levan Xabeişvili, Giorgi Botkoveli, Giorgi Vaşadze və Paata Mancqaladzeni zorla iclas zalından çıxarıb.

Sözügedən qanun layihəsi birgə komitələrin Guli Şartava adına konfrans zalında keçiriləcək iclasında müzakirəyə çıxarılmalı idi. Müxalifət nümayəndələri isə qanun layihəsinə baxılmasının və ümumiyyətlə, iclasın keçirilməsinin əleyhinədirlər. İclas əsnasında şifahi və fiziki qarşıdurma olub, parlamentin təhlükəsizlik xidməti müxalifətçi deputatları zorla zaldan çıxarıblar.

Eyni zamanda qeyri-hökumət təşkilatları da parlamentin foyesində etiraz aksiyası keçirirlər.