Paşinyan: “Ermənistandan qaçmağı düşünmürəmbackend

Paşinyan: “Ermənistandan qaçmağı düşünmürəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan tərəfdarları ilə meydanda görüşüb.

 

İnterpress.az yerli KİV-ə istinadən xəbər verir ki, hökumət rəhbəri ordunun ona tabe olduğunu söyləyib.

 

“Vəziyyət gərgin olsa da, toqquşmaların qarşısını almaq üçün razılaşmalıyıq. Hərbçilərin bəyənatının emosional reaksiya olduğunu düşünürəm. Dövlət çevrilişinə cəhd prosesi nəzarətə alınıb”.

 

Nikol Paşinyan meydana öz oğlu Aşot Paşinyanla çıxıb. O, Ermənistandan qaçmağı düşünmədiyini də əlavə edib.

 

İnterpress.az