“Paşinyanın səsləndirdiyi fikirlər yalnızca özünəməxsus deyil” – Şərhbackend

“Paşinyanın səsləndirdiyi fikirlər yalnızca özünəməxsus deyil” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan həm də Rusiyanın arzularını ifadə edir”.

Bu sözləri ötən gün Rusiyanın Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda baş tutan II Soçi görüşünə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Soçi görüşü öncəsi Azərbaycanın Xankəndi şəhərində keçirilən mitinqdə Rusiya bayrağının dalğalanması, Putinin Valday diskusiya klubunda verdiyi məlum açıqlama və Paşinyanın “təkliflər”i məqsədli şəkildə Azərbaycana qarşı yönələn hərəkətlərdir:

“Üçtərəfli görüşdən öncə Rusiya prezidenti həm Ermənistan baş naziri, həm də Azərbaycan prezidenti ilə ikili görüş keçirdi. Bu görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidentinə 6 maddəlik təklif irəli sürdü. Bu təkliflərə Ermənistan üçün Qarabağ məsələsində Rusiyanın yanaşmalarının məqbul olması, Azərbaycan və Ermənistan sərhədində təhlükəsizliyin gücləndirilməsi, Azərbaycan qoşunlarının Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazilərindən çıxarılması, erməni əsirlərin qaytarılması məsələsinin həll olunması və Ermənistan ərazisindən keçən bütün kommunikasiya xəttlərinin rəsmi Yerevanın nəzarətində olması daxildir. Sözügedən təkliflərə baxdıqda məlum olur ki, Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər yalnızca özünəməxsus deyil və o, həm də Rusiyanın arzularını ifadə edir.

Bütün bunlara baxmayaraq, Azərbaycan prezidenti cənab İlham Əliyev “Qarabağ münaqişəsi tarix oldu” deməklə və yekun Soçi bəyanatının müddəalarına nəzər saldıqda məlum olur ki, qarşı tərəflə heç də istəklərinə nail ola bilmədilər, əksinə Azərbaycanın mövqeyi ilə razılaşmalı oldular”.