Pasportunu götür, get: Azərbaycanlılar hansı ölkəyə vizasız buraxılır? – SİYAHIbackend

Pasportunu götür, get: Azərbaycanlılar hansı ölkəyə vizasız buraxılır? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Serbiya Xarici İşlər Nazirliyində keçirilən görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağı ifadə ediblər.

Tərəflər Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin uğurla inkişaf etdiyini qeyd ediblər.

Görüşün sonunda nazirlər tərəfindən bir saziş və iki anlaşma memorandumu, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Serbiya XİN arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu”, “Azərbaycan XİN ilə Serbiya XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” sənədləri imzalanıb.

Maraqlıdır ki, azərbaycanlıların hansı ölkələrə vizasız səfəri mümkündür?

Turkustan.az Cebhe.info-a istinadən bununla bağlı araşdırmanı təqdim edir:

Əvvəlcə qeyd edək ki, virusla bağlı ölkələrdə fərqli məhdudiyyətlər ola bilər.

Azərbaycan isə Pasportlar İndeksində 86-cı yerdə qərarlaşıb. Respublika vətəndaşları dünyanın 68 ölkəsinə vizasız ziyarət edə bilərlər.

Bəzi ölkələr üzrə vizanı elektron qaydada, bəzilərində hava limanında almaq olar, bəzilərində isə vizaya ehtiyac yoxdur.

Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar daxildir.

Başqa sözlə, “xarici pasport”u olanlar da bu ölkələrə vizasız gedə bilərlər:

*Türkiyə-vizasız /90 gün

*Belarus – vizadan azaddır/ 90 gün

*Gürcüstan – vizadan azaddır/ 360 gün

* Qazaxıstan – vizadan azaddır/ 30 gün

* Qırğızıstan – vizadan azaddır/ 90 gün

* Moldova – vizadan azaddır / 90 gün

* Özbəkistan – vizadan azaddır /90 gün

* Rusiya Federasiyası – vizadan azaddır /90 gün

* Tacikistan – vizadan azaddır /90 gün

* Ukrayna – vizadan azaddır /90 gün

* Baham Adaları Birliyi – vizadan azaddır/ 90 gün

* Banqladeş – aeroportda viza / 30 gün

* Barbados – vizadan azaddır/28 gün

* Boliviya – aeroportda viza/e-viza/90 gün

* Bosniya və Hersoqovina – vizadan azaddır/ 90 gün

* Kamboca – aeroportda viza /e-viza/30 gün

* Kabo Verde – aeroportda viza

* Kolumbiya – vizadan azaddır/ 90 gün

* Komor Adaları İttifaqı – aeroportda viza/ 45 gün

* Kuba – turist kartı ilə/30 gün

* Cibuti – e-viza

* Dominik – vizadan azaddır/ 21 gün

* Ekvador – vizadan azaddır/ 90 gün

*Efiopiya – e-viza

* Qabon – e-viza

* Qvineya – aeroportda viza/e-viza/90 gün

* Haiti – vizadan azaddır/ 90 gün

* Hindistan – e-viza

* İndoneziya – vizadan azaddır/ 30 gün

*İran – vizadan azaddır/ 15
gün

* Yamayka – aeroportda viza

* İordaniya – aeroportda viza

* Laos – aeroportda viza/ 30 gün

* Livan – aeroportda viza/ 30 gün

* Lesoto – e-viza/ 14 gün

* Makao – aeroportda viza/ 30 gün

* Şimali Makedoniya – vizadan azaddır/ 90

* Malayziya – vizadan azaddır/ 30 gün

* Maldivlər – aeroportda viza/ 30 gün

* Marşal adaları – aeroportda viza/ 60 gün

* Çernoqoriya – vizadan azaddır/ 90 gün

* Mozambik – aeroportda viza/ 30 gün

* Nepal – aeroportda viza/ 90 gün

* Oman – e-viza

* Fələstin – vizadan azaddır

* Qətər – vizadan azaddır/ 30 gün

* Ruanda – aeroportda viza/e-viza/30 gün

* Samoa – aeroportda viza/ 60 gün

* Seyşel adaları – turist qeydiyyatı /30 gün

* Somali – aeroportda viza/ 30 gün

* Şri Lanka – elektron turist qeydiyyatı/30 gün

* Türkiyə – vizadan azaddır/ 30 gün

* Uqanda – aeroportda viza/ e-viza

* Vyetnam – e-viza

* Monteneqro – vizadan azaddır/90 gün

*Albaniya – vizadan azaddır