Temperaturun 40 dərəcəyə çatacağı gözlənilən Çinin paytaxtı Pekində işçilərə açıq havada işlərini dayandırmaq göstərişi verilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pekin şəhər rəhbərliyindən verilən açıqlamada hava istiliyinin gözlənildiyi bildirilib.
Bu gün 40 dərəcəyə çatan və 22 milyonluq şəhərdə “qırmızı xəbərdarlıq” verilib.
Açıqlamada rəsmi müəssisələrdə çalışan yaşlıların və xəstələrin sərin yerlərdə qalmasının təmin edilməsi ilə bağlı göstəriş verilib və açıq ərazidə görülən işlərin dayandırılması tələb edilib.
Pekin rəhbərliyinin iyulun 3-də verdiyi açıqlamada şəhərdə hava istiliyinin 10 gündür 35 dərəcənin üzərində olduğu və bunun 1961-ci ildən bu yana rekord səviyyədə olduğu açıqlanıb.






