Pentaqon Suriyada helikopter qəzası nəticəsində 15 ABŞ əsgərinin yaralanaraq müalicə üçün Almaniyaya göndərildiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pentaqon Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 22 əsgərin yaralandığını təsdiqləyib:
“Hadisənin səbəbi hələ də araşdırılır, lakin bunun düşmən təhdidi və ya hücumu ilə əlaqəsi yoxdur. Yaralanmış 22 ABŞ hərbçisinin hamısı müalicə altına alınıb, onlardan 15-i müalicə üçün Almaniyaya göndərilib. Hazırda onların hamısının vəziyyəti stabildir”.
Yaxın Şərq və Cənubi Asiyadakı əməliyyatlara nəzarət edən Pentaqonun Mərkəzi Komandanlığı bazar ertəsi gecə verdiyi qısa açıqlamada Suriyanın şimal-şərqində “vertolyot qəzası” nəticəsində 20-dən çox əsgərin yaralandığını bildirib.
Dünən ABŞ mətbuatı terror təşkilatı İŞİD-lə mübarizə aparmaq üçün Suriyada olan ABŞ komando birliyindən 10 əsgər helikopter qəzasında yaralanaraq Almaniyada müalicə olunub xəbəri yayılıb.
Üç yüksək rütbəli hərbçi ABŞ komandolarını daşıyan MH-47 Chinook helikopterinin Suriyanın şimal-şərqində naməlum səbəbdən qəzaya uğradığını bildirib.






