Peru prezidenti ifadə vermək üçün prokurorluğa çağırılıbbackend

Peru prezidenti ifadə vermək üçün prokurorluğa çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peru prokurorluğu hökumət əleyhinə etirazlarda ölənlərə görə ifadə almaq üçün prezident Dina Boluarteni prokurorluğa çağırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hökumət əleyhinə nümayişlərdə çox sayda insanın həyatını itirməsindən sonra istintaq başlatan prokurorluq Boluartenin qeyri-mütənasib güc tətbiqində rolu iddiası ilə mayın 31-də ifadəsini almağa qərar verib.

Boluartenin vəkili Cozef Kampos mövzu ilə bağlı açıqlamasında gün gəldiyində iddialara hərtərəfli cavabların veriləcəyini bildirib.

El Comercio internet saytının xəbərinə görə, prezident Boluarte mayın 31-də milli təlimə qatılacağı ilə bağlı prokurorluqdan açıqlamasını bu səbəbdən 1 iyuna təxirə salmasını istəyib.

Ölkədəki müxtəlif mənbələrə görə həftələrlə davam edən etirazlarda 77 nəfər həyatını itirib.

Prokurorluq yanvarın 10-da aksiyalarda ölənlərlə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Ölkədəki insan haqları təşkilatlarının məlumatına görə, etirazlarda ölən 69 nəfərdən 50-nin təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində olduğu iddia edilib.

Nümayişçilər prezident Dina Boluartenin istefasını, Konqresin bağlanmasını və dərhal növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Peruda etirazlar keçmiş prezident Pedro Kastilonun 2022-ci il dekabrın 7-də Konqres tərəfindən impiçment edilməsindən sonra başlayıb.