Peruda 3000 ildən çox yaşı olan mumiya tapılıbbackend

Peruda 3000 ildən çox yaşı olan mumiya tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Peruda arxeoloji qazıntılar zamanı 3000 ildən çox yaşı olduğu təxmin edilən mumiya tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

3000 ildən çox tarixi olduğu ehtimal olunan mumiya paytaxt Limanın Rimak vadisindəki arxeoloji sahədə davam edən qazıntılar zamanı aşkar edilib.

Rimak şəhərinin meri Nestor de La Rosa verdiyi açıqlamada mumiyanın bölgənin tarixini və ənənəsini qorumaq üçün qurulan “Huaca La Florida” tədqiqat proqramı sayəsində kəşf edildiyini bildirib.

San Marcos Mayor Milli Universitetinin arxeoloq tələbələri bildiriblər ki, mumiyanın yerli pambıqdan hazırlanmış dəfn paketinə bükülmüş halda tapılıb.

Bildirilib ki, qazılan ərazi qəbiristanlıq ərazisi olub, ətrafında butulkalar, boyunbağı kasaları, qarğıdalı, dəniz qabıqları, qabıqlı balıqlar və koka yarpaqları aşkar edilib.

Tapılan mumiyanın nazirliyin dəstəyi ilə mütəxəssislər tərəfindən diqqətlə araşdırılacağı vurğulanıb.