Peruda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 69-a çatıbbackend

Peruda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 69-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 69-a çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Mlumata görə, hökumət əleyhinə nümayişlərdə yaralanan 37 yaşlı Manuel Quilla Puno bölgəsindəki Culiaca şəhərində dünyasını dəyişib.

Beləliklə, 11 dekabr 2022-ci ildən keçirilən nümayişlərdə ölənlərin sayı 69-a yüksəlib.

Quillanın ölümündən sonra açıqlama verən ailə üzvləri Quillanın polis idarəsində məruz qaldığı işgəncələr nəticəsində öldüyünü iddia edib.

Ölkədəki insan haqları təşkilatlarının məlumatına görə, etirazlarda ölən 69 nəfərdən 50-nin təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində vəfat etdiyi iddia edilib.

Nümayişçilər prezident Dina Boluartenin istefasını, Konqresin bağlanmasını və dərhal növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Peruda etirazlar keçmiş prezident Pedro Kastilonun 2022-ci il dekabrın 7-də Konqres tərəfindən impiçment edilməsindən sonra başlayıb.