Cənubi Amerika ölkəsi Peruda qızıl mədənində baş verən yanğın nəticəsində ilkin məlumatlara görə 27 nəfər ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Arekipa bölgəsindəki Kondesuyos əyalətindəki La Esperanza qızıl mədənində yanğın baş verib.
Yanğın zamanı 27 şaxtaçı həyatını itirib. Hadisədən sonra axtarış-xilasetmə işləri davam edir.
Səlahiyyətlilər yanğının qısaqapanmadan baş verdiyini bildirərək, araşdırmanın davam etdiyini bildirib.
Hadisə yerinə çoxlu polis və axtarış-xilasetmə qruplarının göndərildiyi və 100 metr dərinlikdə axtarış əməliyyatının aparıldığı vurğulanıb.
Qeyd edək ki, Peru Latın Amerikası ölkələri arasında ən böyük qızıl istehsalçılarından biri hesab olunur.