Peskov: Rusiya Böyük Vətən Müharibəsi illərində olduğu kimi səfərbər ola bilərbackend

Peskov: Rusiya Böyük Vətən Müharibəsi illərində olduğu kimi səfərbər ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Böyük Vətən Müharibəsi illərində olduğu kimi səfərbər ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya Böyük Vətən Müharibəsi illərində olduğu kimi səfərbər olmağa hazırdır və bacaracaq”, – Peskov uzunmüddətli müharibənin davam etdirilməsinə eyham vurub.

O vurğulayıb ki, ölkənin özünü ən qəti şəkildə müdafiə etməyə hazır olmasına heç bir şübhə ola bilməz.

Peskov əlavə edib ki, dövlət başçısının xüsusi hərbi əməliyyata başlamaq qərarı, eləcə də sonrakı bütün qərarlar tamamilə düzgündür. İndi qələbə qazanmaq rusların borcudur.

Xuraman Etibarlı

İnterpress.az