Peterburq metrosunda sərnişinlər faşist simvollarını tapdalayaraq KEÇƏCƏKLƏRbackend

Peterburq metrosunda sərnişinlər faşist simvollarını tapdalayaraq KEÇƏCƏKLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq metrosunda qeyri-adi dizayn: Sərnişinlər “vermaxt” şevronlarının üzərinə basaraq keçəcəklər

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Sankt-Peterburqda əsaslı təmirə bağlanan “Park Pobedı” (Qələbə parkı) metro stansiyasında olduqca qeyri-adi və diqqətçəkən dizayn həlli tətbiq olunacaq.

Şəhərin qubernatoru Aleksandr Beqlovun verdiyi məlumata görə, yenidən qurulan stansiyanın üst vestibülünün döşəməsində faşist Almaniyasının (vermaxt) hərbi hissələrinin şevronları təsvir ediləcək.

Bu təsvirlər turniketlərin həm giriş, həm də çıxış hissələrində yerləşdiriləcək ki, hər bir sərnişin stansiyaya daxil olarkən və çıxarkən düşmən rəmzlərinin üzərinə ayaq basaraq keçsin.

Məlumata görə, döşəmənin özü Leninqrad ətrafındakı döyüş meydanlarından tapılmış alman hərbi texnikasının əridilmiş zirehlərindən hazırlanmış büzməli metal plitələrdən ibarət olacaq.

Qubernator bu addımın qalib xalqın mədəniyyətini nümayiş etdirdiyini və məğlub edilmiş düşmənin hər zaman qaliblərin ayaqları altında qalacağını simvolizə etdiyini bildirib.

Metro stansiyasının yeni dizaynı tamamilə İkinci Dünya Müharibəsinə və Leninqradın müdafiəsinə həsr ediləcək.

Xuraman Etibarlı

İnterpress.az