Pezeşkian: Tehran artıq əhali yükünü daşıya bilmirbackend

Pezeşkian: Tehran artıq əhali yükünü daşıya bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran paytaxtının köçürülməsi yenidən gündəmdədir.

İnterpress.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” məlumat yayıb.

İran prezidenti Pezeşkian paytaxtın Tehrandan köçürülməsi məsələsini yenidən qaldıraraq bunun artıq “qaçılmaz zərurətə çevrildiyini” bildirib.

Onun sözlərinə görə, Tehran regionunun əlavə əhali yükünü və yeni tikililəri daşımaq imkanı qalmayıb, ən əsas problem isə su çatışmazlığıdır.

Prezident qeyd edib ki, Fars körfəzindən Tehrana suyun nəqli layihəsi həddindən artıq baha başa gələcək və belə bir addımın məqsədəuyğunluğu ciddi sual altındadır.

Pezeşkian vurğulayıb ki, ölkənin uzunmüddətli inkişafı üçün “bir dəfəlik və kompleks şəkildə yeni gələcək xəritəsi hazırlanmalıdır”.

Xuraman Etibarlı

İnterpress.az