Pişiyi təpikləyən futbolçu məhkəmə qarşısına çıxacaqbackend

Pişiyi təpikləyən futbolçu məhkəmə qarşısına çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Vest Hem” klubunun futbolçusu Kurt Zuma ölkəsi Fransada məhkəmə qarşısına çıxacaq.

Buna 28 yaşlı müdafiəçinin pişiyi təpikləməsi səbəb olub.

Fransalı oyunçunun məhkəməsi mayın 24-də Londonda baş tutacaq. Zuma ilə yanaşı, onun heyvana qarşı qəddarlığını videoya çəkən qardaşı da mühakimə olunacaq.

İddiaya görə, oyunçunu 4 ilə qədər həbs cəzası və 60 000 avro cərimə gözləyir.