Polis Aİ ölkələrində ən böyük siyasi partiyaya basqın edibbackend

Polis Aİ ölkələrində ən böyük siyasi partiyaya basqın edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyada davam edən korrupsiya istintaqı çərçivəsində Belçika və Almaniya polisinin Avropa Xalq Partiyasının (EPP) Brüsseldəki qərargahına basqın etdiyi açıqlanıb.

Açıqlamada deyilir ki, bu çağırış Almaniyanın Türingiya şəhərində davam edən təhqiqatla bağlıdır:

“Partiya bütün müvafiq məlumat və sənədləri təqdim etməklə, aidiyyəti orqanlarla tam şəffaf şəkildə əməkdaşlıq edir”.

Basqın zamanı kompüterlər ələ keçirilib.