Politoloq: “Müharibədən sonra Qarabağda baş verən proseslərdə həlledici məqam Bakının müqaviməti olub”backend

Politoloq: “Müharibədən sonra Qarabağda baş verən proseslərdə həlledici məqam Bakının müqaviməti olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibədən sonra Qarabağda baş verən proseslərdə həlledici məqam Bakının müqaviməti olub”.

İnterpress.az xəbər verir ki, bunu siyasə şərhçi Asif Nərimanlı bildirib.

O xatırladıb ki, Laçın-Xankəndi yolunda aksiya başlayanda beynəlxalq səviyyədə təzyiq dalğası başlanıb, lakin rəsmi Bakı bu təzyiq dalğası qarşısında geri çəkilmədiyi üçün nəticə əldə edilib:

“Laçın postu qurulanda eyni dalğa artan templə davam etdi, yenə Bakının geri addım atmaması nəticəni müəyyənləşdirdi. Ermənistanın sərhəddə sərgilədiyi “humanitar yardım” şousu fonunda bu dalğanın yenidən artmağa başlandığı müşahidə edilir: burada da Bakının müqavilməti hadisələrin inkişafına yön verəcək. Müşahidələr belə təzyiq dalğasının bir neçə gün, maksimum bir həftə davam etdiyini göstərir, nəticə əldə edə bilməyəndə tədricən azalır və gündəm dəyişir. Azərbaycan geri çəkilmədiyi – yükləri postdan buraxmadığı təqdirdə, təzyiq dalğası zəifləyəcək və Ağdam marşrutu yeganə variant kimi ön plana çıxacaq”.