Polşanın müdafiə naziri Mariuş Blaşçak ABŞ istehsalı olan Yüksək Performanslı Artilleriya Raket Sistemlərinin ilk partiyasının ölkəyə çatdığını bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polşanın müdafiə naziri Mariuş Blaşçak paytaxt Varşavada Yüksək Performanslı Artilleriya Raket Sistemlərinin (HIMARS) təhvil verilməsi mərasimində qiymətləndirmələr edib.
ABŞ-dan gətirilən ilk partiyanın Rusiyanın Polşanın şimalındakı Kalininqrad sərhəddində yerləşdiriləcəyini bildirən Blaşçak yeni HIMARS-ların tədarükü üçün daha bir müqavilənin müzakirə edildiyini qeyd edib.
Blaszczak Polşanın yeni HIMARS müqaviləsi çərçivəsində həm buraxılış qurğularının, həm də raketlərin Polşada istehsal ediləcəyinə əmin olmaq istədiyini vurğulayaraq, bunun qarşıyaa qoyduğumuz məqsəd olduğunu söyləyib.
Yaxın vaxtlarda ölkənin şimalındakı Torun şəhərində HIMARS akademiyasının yaradılacağını qeyd edən Blaşçak burada əsgərlərə silah sistemindən istifadə qaydaları ilə bağlı təlimlər keçiləcəyini də əlavə edib.