Polşa, Litva və Latviya Belarusla sərhədlərini bağlaya bilərbackend

Polşa, Litva və Latviya Belarusla sərhədlərini bağlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın daxili işlər naziri Mariuş Kaminski bəyan edib ki, “Vaqner Qrupu” ilə bağlı ciddi insidentlər baş verərsə, Polşa, Litva və Latviya Belarusla sərhədlərini birgə bağlaya bilərlər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Polşanın daxili işlər naziri Mariuş Kaminski mətbuata açıqlamasında Vaqner Qrupunun Belarusdakı mövcudluğu və təhlükəsizlik vəziyyəti ilə bağlı qiymətləndirmələr edib.

Kaminski Vaqner Qrupu ilə bağlı ciddi insidentlər baş verərsə, Litva, Latviya və Belarusla sərhədləri bağlayacaqları barədə xəbərdarlıq edərək, bunun “Belarusun tam təcridinə gətirib çıxaracağını” əlavə edib.

Sözügedən üç ölkə 2023-cü ilin əvvəlində Belarusla bəzi sərhəd qapılarını bağlayıb və ölkəyə qarşı sanksiyalarını artırıb.

Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski və Polşanın müdafiə naziri Mariuş Blaşçak cümə axşamı günü Belarusla sərhəddə yerləşən Polşa kəndinə səfər ediblər.

Kaçinski burada verdiyi açıqlamada bildirib ki, Polşa “təxribat və ya təcavüzü dəf etmək” üçün əlindən gələni edəcək.

Belarus sərhədindən 8 kilometr aralıda yerləşən Polşanın Terespol şəhərinin sakinləri Rusiyanın “Vaqner Qrupu” muzdluları sərhədin o tayında, Belarusun Brest şəhərinə gəldikdən sonra müntəzəm olaraq atəş səsləri eşidib və hərbi helikopterləri görüblər.