Polşanın ən çox satılan qəzetləri, həftəlik jurnalları və xəbər saytlarına kiberhücum olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin ikinci, üçüncü və dördüncü ən çox satılan qəzetləri olan “Super Express”, “Gazeta Wyborcza” və “Rzeczospolita”, həmçinin həftəlik ən çox satılan xəbər jurnalı Polityka, wPolityce və Niezalezna xəbər saytları haker hücumuna məruz qalıb.
“Veb saytımıza qarşı DDoS haker hücumu davam edir. Polşa Rəqəmsal İşlər Nazirliyindən əldə edilən məlumata görə, hücumun arxasında rus haker qrupları dayanır.Saytlar bu gün məhdudiyyətlə işləyir, bu problemlərə görə üzr istəyirik. Rəqəmsal İşlər Nazirliyi saytımıza DDoS hücumu edildiyini təsdiqləyib”, – məlumatda bildirilib.
Hədəf edilən KİV müxtəlif siyasi baxışları təmsil edir. wPolityce və Niezalezna hakim partiyanı dəstəkləsə də, Gazeta Wyborcza hökuməti sərt tənqid edir.