Polşa qoşunlarını Belarus sərhədinə köçürəcəkbackend

Polşa qoşunlarını Belarus sərhədinə köçürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Milli Təhlükəsizlik Komitəsinin rəsmisi Zbiqnev Hofman Polşanın PAP xəbər agentliyinə bildirib ki, Müdafiə Nazirliyi Vaqnerin mövcudluğundan yaranan təhlükələri qiymətləndirərək, qoşunları Belarus sərhədinə köçürmək qərarına gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belarus Müdafiə Nazirliyi xüsusi təyinatlıların Polşa sərhədindən 5 kilometr aralıda yerləşən Brest şəhərində Vaqner nümayəndələri tərəfindən təlim keçdiyini açıqlayıb. Belarus Vaqner Qrupuna ölkədə məskunlaşmağı təklif edib.

Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin iyun ayında yanındakı döyüşçülərlə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Priqojin Belarusa getdikdən sonra Vaqnerin ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun Vaqner döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini qeyd edib.

Belarus ordusunu “dünyanın ikinci ordusu” edəcəyinə söz verən Priqojin, lazım gələrsə, onların yanında olacaqlarını dilə gətirib.