Polşa Rusiyanın seçkilərlə bağlı hibrid təxribatlar törədə biləcəyini BİLDİRDİbackend

Polşa Rusiyanın seçkilərlə bağlı hibrid təxribatlar törədə biləcəyini BİLDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Latviyada seçkilər ərəfəsində Rusiyanın mümkün təxribatları barədə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.

Nazirin sözlərinə görə, Mərkəzi və Şərqi Avropada Rusiyanın hibrid təxribatlarının sayı artır və bu fəaliyyətlər region ölkələrində keçiriləcək seçkilərlə əlaqəli ola bilər.

Kosinyak-Kamış oktyabrın 3-də Latviyada keçiriləcək parlament seçkilərinə xüsusi diqqət yetirməyə çağırıb və bu dövrü “çox mühüm məqam” adlandırıb.

O, Rusiyanın təxribatlar, o cümlədən diversiya və yanğın törətmək üçün internet vasitəsilə cəlb edilmiş şəxslərdən istifadə edə biləcəyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az