Polşa: Ukraynaya verəcək qədər F-16-larımız yoxdurbackend

Polşa: Ukraynaya verəcək qədər F-16-larımız yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Andjey Duda deyib ki, Polşanın Ukraynaya verəcək qədər F-16-ları yoxdur.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Duda İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurası Zirvə toplantısındakı çıxışında Polşanın şərq qonşusu Ukraynaya hərbi dəstəyini davam etdirəcəyini vurğulayıb.

Ukraynaya F-16 qırıcı təyyarələri almaq üçün beynəlxalq koalisiya qurulacağı təqdirdə Polşanın ukraynalı pilotları yetişdirməyə hazır olduğunu ifadə edən Duda əlavə edib: “Polşanın əlində olan F-16 təyyarələrinin sayı Ukraynaya transfer üçün kifayət deyil”.

Polşa artıq Ukraynaya 8 ədəd MiQ-29 qırıcısı verib və daha 6 ədəd hədiyyə edəcək.