Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçiriləcək.
İnterpress.az xəbər verir ki, ilk olaraq “Neftçi” “Şamaxı”nın qonağı olacaq.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. “Ağ-qaralar” 30 xalla 7-ci, bölgə təmsilçisi 25 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Karvan-Yevlax”ı sınağa çəkəcək. Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq. Meydan sahibləri 15 xalla 11-ci, qonaqlar 6 xalla 12-ci sıradadır.






