Prezidentin köməkçisi: “Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi gündəmdə saxlanılacaq”backend

Prezidentin köməkçisi: “Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi gündəmdə saxlanılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Payızda qrip kimi virusların aktivləşməsi də diqqət mərkəzində saxlanılır. Bu barədə digər ölkələrlə və ÜST-lə məsləhətləşmələr davam etdirilir”.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, peyvəndin hazırlandığı xarici ölkələrlə əlaqə saxlanılır: “Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi də gündəmdə saxlanılacaq. Dünya səviyyəsində qəbul edilmiş, sertifikasiya edilmiş və kənar təsirləri olmayan peyvəndlər vacib şərtdir”.

 

İnterpress.az