“Prezidentin QŞ-nin görüşündə dedikləri beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi qəbul edilə bilər”backend

“Prezidentin QŞ-nin görüşündə dedikləri beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi qəbul edilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev Qoşulmama Hərəkatının görüşündə Qarabağla bağlı tələbləri elan etdi: Ermənistanın silahlı qüvvələri çıxmalı, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”.

İnterpress.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı bildirib.

“Erməni qoşunlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma “müdafiə ordusu” dedikləri dəstələr də təslim olmalıdır. Hərçənd, atəş açılmadan İrəvanın bu öhdəliyini icra edəcəyi, separatçıların tərk-silah olmağa razı olacağı ehtimalı azdır. Bu baxımdan, Prezident İlham Əliyevin bu tələbləri QŞ-nin görüşündə dilə gətirməsi atılacaq addımlarla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi qəbul edilə bilər”, – o əlavə edib.