Rusiyada müharibə iştirakçılarının dul arvadları ödənişlərdən məhrum ediləcəklər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Rusiyada müharibə iştirakçılarının vətəndaş kəbinində olan arvadları kişinin ölümü halında ödənişlərdən məhrum ediləcəklər.
Hərbi qulluqçuların arvadları ən azı üç il birlikdə yaşadıqları və birlikdə uşaqları olduqda dəstək alacaqlar.
Yaşayış faktı məhkəmə tərəfindən müəyyən ediləcək. Dövlət Duması düzəlişlərə iyulun 22-də baxıb.
Xuraman Etibarlı
İnterpress.az