Putin Ərdoğana göz vuraraq: “Onda gələn dəfə edərsiniz…”backend

Putin Ərdoğana göz vuraraq: “Onda gələn dəfə edərsiniz…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan arasında Soçidə danışıqlar təxminən 3 saat davam edib. Danışıqların yekununa dair mətbuat üçün açıqlama olmayıb.

Prezident Erdoğan Putinlə danışıqlar barədə bunları deyib: “Mən inanıram ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlərimiz gündən-günə daha da güclənir, böyük faydalar verir.”

Erdoğanla sağollaşarkən Prezident Putin həmkarına Sputnik V Rusiya peyvəndi ilə vaksinlənməyi məsləhət görüb.

“Özümdə sınamışam. Yoluxmuş köməkçimlə gün ərzində təmasda olsam da, xəstələnməmişəm. Odur ki, növbəti dəfə Sputnik V ilə vaksinlənin”, Putin Erdoğana deyib.

“Artıq etmişəm. Pfizer-BioNTech ilə. Üçüncü doza”, – Erdoğan cavab verib.

“Onda gələn dəfə edərsiniz”, – Putin göz vuraraq Erdoğana söyləyib, TASS xəbər verib.