Rusiya prezidenti Vladimir Putin terrora qarşı hüquq-mühafizə orqanlarının nəzarətində olan yerlərin təhlükəsizliyi ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.
Belə ki, Putinin sədrliyi ilə Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib.
Onlayn görüşün əvvəlində çıxış edən Putin deyib: “Bu gün hüquq-mühafizə orqanlarının nəzarəti altında olan yerlərin terrordan qorunması tədbirləri ilə bağlı çox vacib bir mövzumuz var”.
Rusiyanın Bryansk vilayətində ukraynalı olduğu ehtimal edilən “təxribat qrupları”nın Rusiya-Ukrayna sərhədində yerləşən kəndə silahlı hücum təşkil etdiyi bildirilib.
Hücum nəticəsində iki nəfərin həyatını itirdiyini, bir nəfərin isə yaralandığını açıqlanıb.