Qadın tibb bacısı formasında yeni doğulmuş körpəni OĞURLAMAQ İSTƏDİbackend

Qadın tibb bacısı formasında yeni doğulmuş körpəni OĞURLAMAQ İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şanlıurfada tibb bacısı forması geyinərək xəstəxanadan körpə qaçırmaq istəyən qadın yaxalanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyənin Şanlıurfa şəhərində xəstəxanada növbəti uşaq oğurluğuna cəhd faktı qeydə alınıb. Tibb işçisi forması geyinərək palataya daxil olan naməlum qadın yeni doğulmuş körpəni qaçırmağa cəhd edib.

Şöbə əməkdaşlarının vəziyyəti vaxtında fərq etməsi böyük faciənin qarşısını alıb. Şübhəli şəxs yaxalanacağını anlayaraq körpəni buraxıb qaçmaq istəsə də, dərhal tibb personalı tərəfindən zərərsizləşdirilib.

Hadisə yerinə çağırılan polis əməkdaşları qadını nəzarətə götürərək polis idarəsinə aparıblar.

Faktla bağlı rəsmi araşdırma başladılıb, körpənin isə səhhətinin yaxşı olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz