Lənkəran Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirləndirilən Namiq Quliyevə (şərti) hökm oxunub.
İnterpress.az-ın əməkdaşı xəbər verir ki, məhkəmənin hökmünə əsasən, o, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə 11 iyul 2022-ci ildə, saat 22 radələrində Salyan rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Namiq Quliyev sərxoş halda həmyerlisi Nəsibə Əliyevanın (şərti) yaşadığı mənzilə gələrək onu zorlayıb.
Daha sonra qadının şikayəti əsasında Namiq həbs edilib.






