Qadınlara 25 yaşından sonra ərə getməyi qadağan etmək, 30-dan sonra isə histerektomiya TƏKLİF OLUNDUbackend

Qadınlara 25 yaşından sonra ərə getməyi qadağan etmək, 30-dan sonra isə histerektomiya TƏKLİF OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada qadınların 25 yaşından sonra evlənməsini qadağan etmək istəyirlər. 30 yaşından sonra uşaqlığın çıxarılması nəzərdə tutulur.

İnterpress.az xəbər verir ki, bu barədə NDTV yazıb. Bildirilir ki, Yaponiyada doğum nisbətini artırmaq üçün qadınların 25 yaşından sonra evlənməsini qadağan etmək istəyirlər. 30 yaşından sonra uşaqlığın çıxarılması nəzərdə tutulur.

Mühafizəkarlar partiyasının lideri Naoki Hyakuta doğum nisbətinin aşağı düşməsini necə “aparmaq” barədə düşünüb və qadınlara 18 yaşından sonra təhsil almağı, 25 yaşından sonra evlənməyi qadağan etməyi, 30 yaşından sonra isə histerektomiyanı təklif edib.

Hyakuta hesab edir ki, bu, qızları daha tez ana olmağa həvəsləndirəcək.

Siyasətçi dərhal qadın düşməni və radikal adlandırılıb.

Hyakuta tez bir zamanda üzr istəyib. O deyib ki, onun təklifləri sosial quruluşun dəyişdirilməsi zərurəti ilə bağlı müzakirələrə səbəb olmaq üçün “elmi fantastika ssenarisi”dir.

Xuraman Etibarlı

İnterpress.az