Qana yenidən Afrikanın ən böyük qızıl istehsalçısı oldubackend

Qana yenidən Afrikanın ən böyük qızıl istehsalçısı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Afrika ölkəsi Qana keçən il qızıl hasilatında 32 faiz artımla yenidən qitənin ən böyük qızıl istehsalçısı olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qana Mədən Palatasının sədri Joshua Mortoti 2022-ci ildə həm böyük, həm də kiçik və orta şirkətlərin qızıl istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib.

Mortoti qeyd edib ki, ölkədə qızıl hasilatı bir il əvvəl 2,8 milyon unsiyadan keçən il 3,7 milyon unsiyaya (105 ton) yüksəlib.

Bu artımın daha çox böyük şirkətlər tərəfindən təmin edildiyini ifadə edən Mortoti, keçən il qızıl istehsalındakı yüzdə 32 artım sayəsində Qananın yenidən Afrikanın ən böyük qızıl istehsalçısı olduğunu söyləyib.

Tarixdə “Qızıl Körfəz” adlandırılan Qana Cənubi Afrika Respublikası ilə birlikdə qitənin ən böyük qızıl istehsalçıları sırasındadır.