Qaqauz Muxtar Vilayətində keçirilən prezident seçkilərinin 2-ci turunun nəticələri təsdiqlənibbackend

Qaqauz Muxtar Vilayətində keçirilən prezident seçkilərinin 2-ci turunun nəticələri təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Respublikasının Qaqauz Muxtar Vilayəti üzrə Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun nəticələrini təsdiqləyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qaqauz Muxtar Vilayətinin Mərkəzi Seçki Komissiyası mayın 14-də bölgədə keçirilən prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb.

Komissiyanın təsdiq etdiyi nəticələrə əsasən, 92 mindən çox seçicisi olan rayonda seçici fəallığı 54,7 faiz təşkil edib.

Seçkidə Şor Partiyasının namizədi Yevgeniya Qutsul 52,34 faiz, keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi Sosialist Partiyasının dəstəklədiyi müstəqil namizəd Qriqori Uzun 47,66 faiz səslə qalib gəlib.

Heç bir namizəd seçkinin nəticələrinə etiraz etməyib.

Komissiya seçkinin nəticələrini 2 gün ərzində Komrat Apellyasiya Məhkəməsinə təqdim etməli, məhkəmə isə 10 gün ərzində nəticələrin təsdiqi ilə bağlı qərar qəbul etməlidir.

Seçkilərdə qalib gələn namizədin 30 gün ərzində Qaqauz Muxtar Məclisinin “Xalq Yığıncağı” üzvləri qarşısında and içərək prezidentliyə başlaması gözlənilir.