İrəvan meriyası Qaqik Tsarukyana məxsus daha bir obyekti müsadirə edib.
İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistanın həbsdə olan müxalif partiya lideri və tanınmış iş adamı Qaqik Tsarukyana məxsus “Multi Wellness” idman kompleksinin binası İrəvan meriyasının balansına keçirilib.
Şəhər meriyasının mətbuat xidmətindən verilən rəsmi məlumata görə, sözügedən idman kompleksi icmaya məxsus, özgəninkiləşdirilməyən torpaq sahəsində və ciddi tikinti qanun pozuntuları ilə inşa edilib.
Bu səbəbdən İrəvan meriyası birtərəfli qaydada müqaviləni ləğv edib və bina tamamilə bələdiyyənin mülkiyyətinə keçib.
Müsadirənin Tsarukyanın həbsindən dərhal sonra baş verməsinə baxmayaraq, bələdiyyə rəhbərliyi bu qərarın siyasətçinin ətrafındakı hazırkı cinayət təqibi prosesləri ilə heç bir əlaqəsinin olmadığını iddia edir.
Bələdiyyə rəsmiləri qanun pozuntularının hələ bir il əvvəl aşkarlandığını və prosesin çoxdan başladığını bildiriblər.
Sözügedən binanın gələcəkdə də idman kompleksi kimi fəaliyyət göstərəcəyi vurğulanıb.
Xuraman Etibarlı
İnterpress.аz






