Qara dənizdə həşəratların hücumu: 14 min yumurta qoyurbackend

Qara dənizdə həşəratların hücumu: 14 min yumurta qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dənizdə gəzdiyi fındıq bağlarının yarpaqlarını yeyən, suyu udduğu bitkilərin köklərini qurudan “qəhvəyi skunk” adlı həşərat növünə qarşı bioloji, kimyəvi və mexaniki mübarizə aparılır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bir cüt qəhvəyi skunk böcəyi və onların uşaqları mövsümdə 14 min yumurta qoyurlar. Qara dəniz Bölgəsində dünya fındıq istehsalı və bazarının böyük hissəsini tutan Türkiyənin fındıq anbarına və bitkilərə daraşan “qəhvəyi skunk” adlı böcək növü başda fındıq olmaqla bir çox bitki növləri üçün təhlükə yaradır.

Bölgəyə 7 il əvvəl Gürcüstandan gəldiyi və Türkiyədə yayılmasını sürətləndirən böcək gündə 30 kilometr yol qət edir.

Artvində bu il Çindən gətirilən 30 mindən çox “samuray arısı” təbiətə buraxılıb ki, bu da fındıq bağlarının yarpaqlarını yeyən “qəhvəyi skunk” böcək növünə qarşı başlanacaq bioloji mübarizədə aktiv rol oynayacaq.

Hər il kənd təsərrüfatına 5 milyard lirə ziyan vurduğu aşkarlanan invaziv həşəratın məhv edilməsi üçün bioloji mübarizə ilə yanaşı kimyəvi və mexaniki mübarizə (əllə toplama və məhvetmə) da aparılır. Havalar soyuduqca qışa köçən böcək kənd və şəhər yerlərində də evləri təqib edərək həyata mənfi təsir edir.

Populyasiyası xeyli artan invaziv həşərat növlərinin yayılması davam edərsə, gələn il fındığın 80 faiz zərər çəkəcəyi proqnozlaşdırılır.