“Qarabağ” Azərbaycan kubokunu qazandıbackend

“Qarabağ” Azərbaycan kubokunu qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçirilib.

İnterpress.az xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu “Qarabağ” bürünc medalçı “Zirə” ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn “Qarabağ” kubokun sahibi olub. Bununla da  Ağdam təmsilçisi “Qızıl dubl”a imza atıb.

“Qarabağ” tarixində 7 dəfə Azərbaycan kubokunun qalibi olub.

27 may (cümə)

19:00. “Qarabağ” – “Zirə” – 1:1 (Penaltilər seriyası – 4:3)

Qollar: Hamidu Keyta, 17 (0:1), Abdullah Zubir, 69 (1:1)

Penaltilər seriyası

“Zirə”: + – + + –

“Qarabağ”: + + – + +

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Qəbələ şəhər stadionu