Qarabağ Azərbaycanın əzəli Torpağıdır- Erməni qız İNTERPRESS.Az-a danışdıbackend

Qarabağ Azərbaycanın əzəli Torpağıdır- Erməni qız İNTERPRESS.AZ-a danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İnterpress.az “Erməni bayrağına sevgisi olan azərbaycanlı qızı siz də tanıyın” adlı məqalə yayımlamışdı.

Məqalə yayımlandıqdan sonra İnterpress.az-la əlaqə saxlayan adı çəkilən qadın əslində erməni olduğunu Azərbaycanı və azərbaycanlıları sevdiyini bildirib.

“Mənim milliyyətim ermənidir. Keçmiş adım Aqunik Xaçaturyan olub. Adımı və soyadımı dəyişmişəm Aida Qulieva olaraq tanınıram. Həmçinin İslam dinini qəbul etmişəm.

Erməni olsam da mən Azərbaycanı bir ölkə olaraq, Azərbaycanlıları isə gözəl xalq olaraq sevirəm və hörmət bəsləyirəm.

Mən Ermənistanda doğulmuşam 16 yaşımda Rusiyaya köçmüşəm. Hal hazırda 37 yaşım var. Həyat yoldaşım Azərbaycanlıdır.”

Aida Quliyeva Qarabağ zəfəri haqqında da danışıb.

“Qarabağ Azərbaycanın əzəli Torpağıdır.

Mən hər yerdə bunu deyirəm. Dedyimmə görə də mənim millətim məni sevmir. Bütün hədələrə rəğmən mən bunu deyirəm. Həqiqətin tərəftarıyam. Ən böyük arzum Azərbaycana gəlməkdir. Ən böyük arzum şəhidlər xiyabanını ziyarət etməkdir.”