“Qarabağ”ın rəqibində iki futbolçu koronavirusa yoluxdubackend

“Qarabağ”ın rəqibində iki futbolçu koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Türkiyənin “Sivasspor” komandasının iki futbolçusunda koronavirus aşkarlanıb.

Hər iki oyunçu əsas komandanın üzvləridir.

Adları açıqlanmayan həmin şəxslər evlərində təcrid olunub və onların müalicələrinə başlanılıb.

Qeyd edək ki, “Qarabağ” IV turda “Sivasspor”u qəbul etməlidir. Ağdam klubu noyabrın 26-da nəzərdə tutulan matçın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.

İnterpress.az