Qarabağda daha 10 erməni cəsədi tapıldıbackend

Qarabağda daha 10 erməni cəsədi tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ münaqişəsi zonasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində daha 10 erməni hərbçinin cəsədi tapılıb.

İnterpress.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, cəsədlərdən 1-i Martuni bölgəsində, 5-i Füzulidə və 4-ü Hadrutda aşkar olunub.

Bu istiqamətdə işlərin davam etdiyi, bazar günü Füzuli və Hadrut istiqamətində yenə də axtarışların aparılacağı bildirilib.

Ümumilikdə, 13 noyabr – 2 yanvar tarixləri arasında həm hərbi qulluqçular, həm də mülki şəxslər  olmaqla 1155 erməninin cəsədi tapılıb.

Ermənistan Səhiyyə Nazirliyinin dünən yaydığı məlumatda bildirilib ki, Qarabağda gedən 44 günlük hərbi əməliyyatlar zamanı 3330 nəfəri erməni hərbçisi ölüb.

“1 yanvar tarixinə 3330 cəsədin məhkəmə-tibbi ekspertizası aparılıb. Müharibənin başlanğıcından bəri ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün cəsədlər və qalıqlardan 1441 nümunə götürülüb, 871 nümunə araşdırma mərhələsindədir”, – deyə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan qeyd edib.

Ancaq hərbi ekspertlər Ermənistan rəhbərlərinin ictimaiyyətin qəzəbindən qorxaraq itkiləri yarıbayarı azaltdığını bildirirlər. Qeyd olunur ki, erməni tərəfinin ölü sayı minimum 6 mindən çoxdur…

 

 

İnterpress.az