Qarabağın torpağı Kıbrısa aparılıb…backend

Qarabağın torpağı Kıbrısa aparılıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Respublikası prezidenti Ersin Tatar Eko Avrasya dərnəyinin idarə heyyətini qəbul qəbul edib.

Görüşdə EkoAvrasya Dərnəyi Başkanı Hikmət Ərən, dərnəyin idarə heyyətinin üzvü Nazim Koşar, alim Əhmət Hamdi və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu iştirak ediblər.

Görüşdə həyata keçirdikləri fəaliyyətlər ilə bağlı geniş məlumat verən Hikmət Ərən əvvəlcə Ərsin Tatarı Şimali Kipr Türk Respublikasının prezidenti seçilməyi münasibəti ilə təbrik edib. Bu qələbənin dünyanın müxtəlif ölkələrində yaşayan türkləri sevindirdiyini qeyd edib. Türk dünyası coğrafiyasında həyata keçirdikləri layihələrin uğurlarından söz açıb. Keçmişdə olduğu kimi gələcəkdə də Şimali Kipr Türk Cumhuriyətinin tanıtılması ilə bağlı çalışmalar həyata keçirəcəklərini və cənap prezidentin tapşırıqlarını yerinə yetirməyə hazır olduqlarını bildiriblər.

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti sədri Orxan Həsənoğlu adada yaşayan azərbaycanlılar adına Ərsin Tatarı president seçilməyi ilə bağlı təbrik edib. Ayrıca 27 sentyabr tarixindən Dağlıq Qarabağda baş verən hadisələr ilə bağlı məlumat verib. Prezident Ərsin Tatarın bu müddət ərzində xalqımıza göstərdiyi mənəvi dəstəyinin əhəmiyyətindən söz açıb.

Azərbaycanın Dağlıq Qarabağ məsələsində haqlı müdafisənin Türk dünyası ölkələrinə yeni ümidlər verdiyini qeyd edən Prezident Tatar: Azərbaycanın uğurlu bir zəfər aldə edib. İmzalanan müqavilə ölkənin milli maraqlarına cavab verir. Biz Şimali Kipr Türk Respublikası olaraq daima qardaş ölkə Azərbaycanın yanındayıq. Qələbə münasibəti ilə biz Azərbaycan xalqını və cənab president İlham Əliyevi təbrik edirik.

Sonda Şimali Kipr Prezidentinə Dağlıq Qarabağ bölgəsindən gətirilən vətən torpağı xatirə olaraq təqdim olunub.

 

İnterpress.az